Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı

Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı Ermənistan hərbçilərinin mülki şəxslərlə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.
Qarabağ
14 Yanvar , 2021 23:39
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı

Ermənistan hərbçilərinin bu ölkənin mülki şəxsləri ilə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq. Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digərlərinin meyitləri tapılıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.

Qarabağ müharibəsində itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər – itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi