Bakı. 22 avqust. REPORT.AZ/ Ermənistan ordusunun hərbi qulluqçusu Qarik Tiqranoviç Avedisyanın rabitə bölüyünə təyin olunması üçün 700 ABŞ dolları məbləğində rüşvət verilib.
"Report"un məlumatına görə, hadisə Ermənistanın işğalı altında olan Azərbaycanın Ağdərə rayonu istiqamətində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qeydə alınıb.
Xəbərdə bildirilib ki, belə bir fakt Ermənistan Silahlı Qüvvələrinin digər bir hərbi hissəsində də baş verib. Bu isə əsgər valideynlərinin ciddi narazılığına səbəb olub. Nəticədə ölkə hərbi polisi onlardan birinin şikayət ərizəsi əsasında araşdırmalara başlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin hərbi hissənin başqa bir alayının bölmələrindən birində sürücü vəzifəsində xidmət edən müddətli hərbi qulluqçunun ön xətt bölməsindən xidmətini daha rahat yerə təyin olunması üçün alayın vəzifəli şəxsinə (Ohan adlı şəxsə) rüşvət təklif edilib.