Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin
Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.
“25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır.