Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb

Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən balistik raketlər atılıb.
Qarabağ
22 Oktyabr , 2020 09:40
Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Son xəbərlər

Orphus sistemi