Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Qarabağ
14528
6 Oktyabr , 2020 22:40
Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi