"Ermənistan Azərbaycan Sülh Platforması"nın Rusiya Federasiyası üzrə "Sülh səfiri" təyin edilib

"Ermənistan Azərbaycan Sülh Platforması"nın Rusiya Federasiyası üzrə "Sülh səfiri" təyin edilib Platformanın həmkoordinatorları arasında görüş keçirilib
Qarabağ
12 May , 2017 15:18
Ermənistan Azərbaycan Sülh Platformasının Rusiya Federasiyası üzrə Sülh səfiri təyin edilib

Bakı. 12 may. REPORT.AZ/ "Ermənistan Azərbaycan Sülh Platforması”nın həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Udmurtiya Respublikasının (Rusiya Federasiyası) deputatı Elgiz Haciyev arasında görüş keçirilib.

Bu barədə “Report”a Sülh Platformasının mətbuat xidmətindən bildirilib.

Görüşdə “Ermənistan Azərbaycan Sülh Platforması”nın gələcək planları müzakirə olunub.

Orxan Nəbiyev qonağı Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış edib. 

Öz növbəsində Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru qonağa Sülh Platforması ilə əməkdaşlığa görə minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platforması ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub. 

E.Hacıyev Platformanın fəaliyyətini dəstəklədiyini söyləyib. Həmçinin qonaq bu sahədə öz imkanlarını səfərbər edəcəyini də vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar cənab Elgiz Haciyevı “Ermənistan Azərbaycan Sülh Platforması”nın Rusiya Federasiyası üzrə “Sülh səfiri” elan ediblər. 

Son xəbərlər

Orphus sistemi