Ermənilərin yeraltı müharibəsi: ölən və yaralananlar var - VİDEO

Ermənilərin yeraltı müharibəsi: ölən və yaralananlar var - VİDEO 1992-ci ilin iyun ayında Ağdərənin Kiçan kəndi istiqamətindəki döyüş əməliyatları zamanı minaya düşüb
Qarabağ
1 Aprel , 2021 16:24
Ermənilərin yeraltı müharibəsi: ölən və yaralananlar var - VİDEO

Vətən müharibəsi ermənilərin işğalında olan Qarabağ və ətraf rayonların azad olunması ilə nəticələndi. Torpaqlarımızın hər qarışında vandallıq və erməni vəhşiliyini tərənnüm edən dağıntılar, xarabalıqlar göz önündədir. Azərbaycan ərazilərində düşmən 30 ildir ki, bütün ictimai tikililərimizə, mədəni abidələrimizə qarşı hər növ mədəniyyətsizliklər, terror aktları həyata keçiriblər. Düşmənin tapdağı altında olan bu yerlərin üzərindəki tikililəri, abidələrimizi gözlə gördüyümüz bütün gözəllikləri mənfur qonşularımız təkcə dağıtmaq, xarabalıqlara çevirməklə kifayətlənməyiblər. Ermənilər bizim millətimizə qarşı olan məkrli siyasətlərini, qısqanclıq və hiddətlərini təkcə dünya ictimaiyyəti qarşısında deyil, işğaldan azad etdiyimiz yerlərin altında da gizlədiblər.

Əvvəllər biz doğulub boya-başa çatdığımız evimizin, öz ata-baba yurdumuzun hər qarşının - təbiəti, dağları, meşələri, çayları, qayaları, daşlarının dərdindən ölürdük, indi isə bu ərazilərə icazəsiz,heç bir təlimat almadan girməklə düşmənin bizə qarşı məkrli planlarından olan və illərdir yerin altında gizlədilən minalara düşərək ölürük və ya ömürlük əlil oluruq.

"Report"un Qarabağ bürosunun əməkdaşları Azərbaycan Ordusunun keçmiş istehkamçısı, Birinci Qarbağ müharibəsi qazisi İlqar Rzayevlə həmsöhbət olub.

İ.Rzayev 1972-ci ildə Ağdamın Xıdırlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini Polşada keçən İlqar 1991-ci ildə Azərbaycan Ordusunda minatəmizləyən kimi xidmətə başlayıb. Xidməti müddətində Ağdam və Ağdərə istiqamətində gedən bir neçə döyüşlərdə iştirak edib. 1992-ci ilin iyun ayında Ağdərənin Kiçan kəndi istiqamətindəki döyüş əməliyatları zamanı minaya düşüb.

İlqar deyir ki, aradan illər ötsə də, acı dolu anları heç vaxt unutmur. Vətən müharibəsi zamanı ermənilərin dinc yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması nəticəsində mərmilərdən bir neçəsi də onun həyətinə düşüb. Mərmi partlaması nəticəsində qəlpələrin ətrafa vurduğu ziyanı gördükcə bədəninin yaralarının sızıltısını hələ də hiss edir.

Son xəbərlər

Orphus sistemi