Ermənilərin Xocavənddə məhv etdiyi meşə sahəsi və təbiət abidələrinin sayı açıqlanıb

Ermənilərin Xocavənddə məhv etdiyi meşə sahəsi və təbiət abidələrinin sayı açıqlanıb İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil edib və bunun 20403 hektarı meşə ilə örtülü olub
Qarabağ
28 Aprel , 2021 09:45
Ermənilərin Xocavənddə məhv etdiyi meşə sahəsi və təbiət abidələrinin sayı açıqlanıb

İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22 428 hektar təşkil edib və bunun 20 403 hektarı meşə ilə örtülü olub.

"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O söyləyib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.

V.Kərimov deyib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac (7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub:

"Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi