Ermənilərin mərmi atdığı Zobucuq-2 qəsəbəsindən reportaj
- 03 oktyabr, 2020
- 17:01
Füzuli rayonunun Zobucuq qəsəbələrinə ermənilər tərəfindən atılan mərmilər fərdi evlərə ciddi ziyan vurub.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, Zobucuq qəsəbələri Ermənistan silahlı qüvvələri tərəfindən daim atəşə tutulub.
Mərmilərdən biri kənd sakini Atif Vəliyevə məxsus fərdi yaşayış evinə düşüb. Nəticədə ev tamamilə dağılıb. Ev sahibi bildirib ki, mərminin düşdüyü an evdə ailə üzvləri də olub. Ancaq xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Zobucuq-2 qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, erməni təxribatçılarının atdığı mərmilər onları qorxutmur. Şanlı Azərbaycan əsgəri daim erməni vandallarının cavabını layiqincə verir.
Qeyd edək ki, həmin ərazilərdə düşmən təxribatı davam edir və Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.