Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutub

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutub Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Qarabağ
30 Sentyabr , 2020 11:33
Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Sentyabrın 30-da təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.

Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi