Bakı. 5 mart. REPORT.AZ/ "Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik fonunu süni şəkildə dəyişirlər. Məsələn, Ermənistan hökumətinin özü Suriya ermənilərinin köçürülməsini elan edib və bu, elə Ermənistanın özünün də təsdiq etdiyi bir sıra beynəlxalq konvensiyaların pozulması deməkdir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
O bildirib: "Həmçinin öyrənmişik ki, Ermənistanın işğal etdiyi Azərbaycanın bəzi bölgələrində bir sıra tanınmış xarici şirkətlər, məsələn, İsveçrənin saat hazırlanması üzrə ixtisaslaşan "Frank Muller" şirkəti qeyri-qanuni fəaliyyət göstərir. Onlar orada hətta zavod da tikiblər. Bu barədə isveçrəli tərəfdaşlarımızla danışdıq və orada bir sıra şirkətlərin qeyri-qanuni fəaliyyətinin dayandırılmasına nail olduq. Hesab edirik ki, hamısına qarşı belə olmalıdır. Dövlətlər öz şirkətlərinin beynəlxalq hüquq normalarını pozmasına imkan verməməlidir".
XİN başçısı beynəlxalq əməkdaşlıq qaydalarına, hüquqa riayət edilməyəcəyi təqdirdə heç nəyə nail olunmayacağını söyləyib.