Ermənilər Füzulinin kəndini atəşə tutub

Ermənilər Füzulinin kəndini atəşə tutub Füzul rayonunun Arayatılı kəndinə mərmilər düşüb, evlərdən biri yanıb, bir neçə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəbə ciddi zərər dəyib.
Qarabağ
9881
2 Oktyabr , 2020 16:38
Ermənilər Füzulinin kəndini atəşə tutub
0 : 00
0 : 00

Füzuli rayonunun Arayatılı kəndinə mərmilər düşüb, evlərdən biri yanıb, bir neçə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəbə ciddi zərər dəyib.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əmakdaşının məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

Nəticədə bir evdə dağıntı və yanğın olub, bir evin həyətinə düşən top mərmisinin qəlpələri evə ziyan vurub.

Bundan başqa, kənd tam orta məktəbinin idman meydançasına düşən mərmi məktəbin pəncərələrinə və divarlarına ziyan vurub.

Son xəbərlər

Orphus sistemi