Ermənilər Füzulinin 2 kəndinə raket atıblar

Ermənilər Füzulinin 2 kəndinə raket atıblar Ermənistan silahlı qüvvələri növbəti təxribatının törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb.
Qarabağ
14 Oktyabr , 2020 17:30
Ermənilər Füzulinin 2 kəndinə raket atıblar

Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.

​Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhvali-ruhiyyə var.

Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi