Ermənilər bu hərbi texnikaları qoyub qaçdılar 

Ermənilər bu hərbi texnikaları qoyub qaçdılar  Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib.
Qarabağ
2 Oktyabr , 2020 17:40
Ermənilər bu hərbi texnikaları qoyub qaçdılar 
0 : 00
0 : 00

Video əlavə olunub

12:34

Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. 

Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox hərbi maşınını qəhrəman əsgərlərimiz tərəfindən qənimət olaraq ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. 

Hərbi texnikalar, demək olar ki, hamısı işlək vəziyyətdədir. 

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi. 

Foto/video: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi