Hesabat: Ermənilər azərbaycanlıların öldürülməsi üçün ekstremist qüvvələrə pul mükafatları vəd edib

Hesabat: Ermənilər azərbaycanlıların öldürülməsi üçün ekstremist qüvvələrə pul mükafatları vəd edib "Psixoloji təzyiqlər, zorakılıqlar, insanlarda qorxu yaradılması və son nəticə olaraq intihara təhrik etmək kimi amilləri özündə ehtiva edir"
Qarabağ
6 May , 2021 13:55
Hesabat: Ermənilər azərbaycanlıların öldürülməsi üçün ekstremist qüvvələrə pul mükafatları vəd edib

"Birinci Qarabağ müharibəsi dövründə müxtəlif ölkələrdə mövcud olan erməni diasporlarının Ermənistanda yaşayan ekstremist erməni qruplaşmalarını silahlandırması və maddi yardımların edilməsi azərbaycanlılara qarşı nifrətin geniş miqyasda olduğunu və bu cür əməllərin konkret olaraq Dağlıq Qarabağ və ətraf 7 rayondan erməni milliyyətindən olmayan insanların etnik təmizlənməsi prosesinə yönəldiyini sübut edir".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib.

"Ermənilərin işğal məqsədilə həyata keçirdikləri hərbi hücumlar zamanı torpaqların işğal olunmasına qarşı azərbaycanlılardan ibarət birləşmiş könüllü dəstə başçılarının öldürülməsi müqabilində həmin ekstremist qüvvələrə pul mükafatlarının vəd edilməsi faktları mövcud əməliyyatlara həvəs yaratmaq məqsədini təsdiq edir. Bununla yanaşı, ərazisi Ermənistanın işğalına məruz qalan rayonlara qonşu olan kəndlərdə və yaşayış məntəqələrində səsgücləndiricilərlə sakinlərə qarşı tətbiq olunan psixoloji təsirlər və müxtəlif şəkillərdə azəraycanlıların təhqir olunması və alçaldılması faktları mövcuddur. Belə ki, bu cür psixoloji təzyiqlər, zorakılıqlar, insanlarda qorxu yaradılması və son nəticə olaraq intihara təhrik etmək kimi amilləri özündə ehtiva edir", - hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi