Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb

Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub.
Qarabağ
6143
30 Oktyabr , 2020 14:09
Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb
0 : 00
0 : 00

Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən növbəti dəfə dinc sakinləri hədəfə alaraq top mərmiləri atıb.

Mərmilərdən biri rayonun Əhmədağalı kəndi sakini Vəfa İsmayıl oğlu İsgəndərova məxsus yaşayış evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.

Son xəbərlər

Orphus sistemi