Erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər

Erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər “Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur.Bizim uşaqlarımızın gedib, qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”
Qarabağ
22 Dekabr , 2020 09:56
Erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər
0 : 00
0 : 00

“Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib, qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçmək üçün evlərinə çağırış vərəqəsi göndərilən gənclərin valideynləri bildirib.

Ermənistanın Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır.

Məlumata görə, 3 gün əvvəl Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub.

Son xəbərlər

Orphus sistemi