Erməni terrorçularının raket hücumuna məruz qalmış Gəncədə dağıntılar

Erməni terrorçularının raket hücumuna məruz qalmış Gəncədə dağıntılar Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın
Qarabağ
11 Oktyabr , 2020 12:09
Erməni terrorçularının raket hücumuna məruz qalmış Gəncədə dağıntılar

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqla terror əməllərini davam etdirir.

"Report" xəbər verir ki, düşmən bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla, 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

İnsan tələfatı, dinc sakinlərin xəsarət alması ilə nəticələnən artilleriya hücumunun mülki infrastruktura vurduğu ziyanın - tələfatın görüntülərini təqdim edirik.

Son xəbərlər

Orphus sistemi