​Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 22 dəfə pozublar

​Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 22 dəfə pozublar Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
6 Noyabr , 2014 10:54

Bakı. 6 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycanın mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi