Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir" Ərdoğan Türkiyənin ATƏT-in Minsk Qrupunda təmsil olunma məsələsinə münasibət bildirib
Qarabağ
117
24 İyun , 2017 00:58
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir

Türkiyə. 24 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunda Türkiyənin də təmsil olunma məsələsinə münasibət bildirib.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan media təmsilçilərinin sualını cavablandıran Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir: "Biz eyni dildə danışır, eyni hərəkət edirik".

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə 32 ölkədən 64 media nümayəndəsi bu ölkədə səfərdədir. Azərbaycan media təmsilçilərinin də olduğu səfərdə məqsəd Türkiyədəki qaçqın düşərgələri ilə tanışlıqdır.

Son xəbərlər

Orphus sistemi