Ərdoğan: "İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst etdi"

Ərdoğan: "İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst etdi" "Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq".
Qarabağ
11 Dekabr , 2020 13:06
Ərdoğan: İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst etdi
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

"Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq".

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir: "Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər".

R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə bağlı mövqeyinə də diqqət çəkib: “Cənab İlham Əliyev mövqeyi ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi. Makron, bəlkə də, Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi savadsızlıqdır”.

Son xəbərlər

Orphus sistemi