Video əlavə olunub
*** 18:24
"Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşündə bir neçə yeni təklif müzakirə olundu və qərarlar qəbul edildi”.
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
"Ümumiyyətlə, çox geniş və substantiv danışıqlar aparılıb. Üçtərəfli görüşdə indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Ümumiyyətlə, 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirə apardıq. Əlbəttə, bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bugünkü görüşün faydası ondadır ki, hansı problemlərin olduğunu, hansı problemlərin aradan qaldırılmağının zəruriliyini başa düşdük. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələni qaldırır. Biz isə, ilk növbədə, Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması məsələsini gündəmə gətiririk. Bu dörd fikir əsasında geniş müzakirə apardıq və danışıqları davam etdirmək haqqında razılığa gəldik", - nazir qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: "Görüşdə həm Rusiya, həm digər həmsədr dövlətlər, həm Azərbaycan, həm də Ermənistan yeni təkliflər səsləndirib. Biz bu istiqamətdə də işlərimizi davam etdirəcəyik",
İqbal Rüstəmov