Baş nazir: "Türk şirkətləri Qarabağda infrastruktur layihələrinin icrasına başlayıblar"

Baş nazir: "Türk şirkətləri Qarabağda infrastruktur layihələrinin icrasına başlayıblar" "Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır"
Qarabağ
281
18 Fevral , 2021 18:16
Baş nazir: Türk şirkətləri Qarabağda infrastruktur layihələrinin icrasına başlayıblar

“Tarixi Vətən müharibəsində zəfərindən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlər başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır”.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

“Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi