Elçin Əmirbəyov: “Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”

Elçin Əmirbəyov: “Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir” “Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”.
Qarabağ
7 Sentyabr , 2023 18:44
Elçin Əmirbəyov: “Qarabağdakı humanitar vəziyyətin yeganə günahkarı erməni separatçı rejimidir”
Elçin Əmirbəyov

“Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.

“Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür”, - o qeyd edib.

E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın “blokada”da olduğunu söyləmək olmaz: "Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".

Son xəbərlər

Orphus sistemi