Əl-Tuveycri: “Azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir”

Əl-Tuveycri: “Azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası minnətdarlıq və hörmətə layiqdir”.
Qarabağ
7 İyun , 2023 11:41
Əl-Tuveycri: “Azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təqdirəlayiqdir”.

“Report” xəbər verir ki, bunu ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlər var:

“Bu ərazilərin bərpası asan iş deyil. Bu, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verib və insanlar artıq bu torpaqlara qayıtmağa başlayıblar”.

O əlavə edib ki, Qarabağ həqiqətləri və işğal dövründə törədilən dağıntılar, eləcə də Azərbaycan hökumətinin bu ərazilərin yenidən qurulmasında göstərdiyi səyləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək.

Son xəbərlər

Orphus sistemi