Ekspert: “Ermənistanın atəşkəsi pozmasına dərhal reaksiya verilməlidir”

Ekspert: “Ermənistanın atəşkəsi pozmasına dərhal reaksiya verilməlidir” "Mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır".
Qarabağ
2 Fevral , 2021 11:23
Ekspert: “Ermənistanın atəşkəsi pozmasına dərhal reaksiya verilməlidir”
Yevgeni Mixaylov

“Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir”.

Bunu “Report”a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir”, - o bildirib.

Ekspert söyləyib ki, görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar.

“Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi