Ekspert: "Azərbaycanla sülh müqaviləsi Ermənistana böyük iqtisadi imkanlar verəcək"

Ekspert: "Azərbaycanla sülh müqaviləsi Ermənistana böyük iqtisadi imkanlar verəcək" Ermənistan Azəbaycanla sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına razılıq versə həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlər yenidən açılacaq, bu isə ona iqtisadi baxımdan böyük imkanlar yaradacaq.
Qarabağ
541
1 Sentyabr , 2021 18:14
Ekspert: Azərbaycanla sülh müqaviləsi Ermənistana böyük iqtisadi imkanlar verəcək

Ermənistan Azəbaycanla sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasına razılıq versə, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlər yenidən açılacaq, bu isə ona iqtisadi baxımdan böyük imkanlar yaradacaq.

Bunu “Report”a Ukraynanın “Kiyevo-Mogilyanskaya akademiya” milli institutunun britaniyalı professoru Taras Kuzio bildirib.

“Ermənistan keçmiş müttəfiq ölkələrin sərhədini Azərbaycanla beynəlxalq sərhəd qismində, o cümlədən Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etsəydi, iqtisadi artım və ticarət artımı böyük qazanc gətirərdi”, - o deyib.

Kuzio onu da qeyd edib ki, son 3 onillik ərzində Ermənistan yalnız Rusiya və İranla ticarətə bel bağlayıb, bu isə “korrupsiya, staqnasiya və əhalinin ölkəni tərk etməsinə aparan faciə”yə səbəb olub.

“5 milyon ermənidən 2 milyonu Rusiyada yaşayır”, - deyə professor dəqiqləşdirib.

Son xəbərlər

Orphus sistemi