Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilib Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti icla
Qarabağ
30 İyun , 2021 15:11
Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirkləndirilməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilib, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumlarla yanğına qarşı mübarizə məqsədilə geniş təbliğat işlərinin aparılmasına baxmayaraq, baş verən yanğın hadisələri barədə qrup üzvlərinə məlumat verilib. Hazırda mina təhlükəsinin mövcudluğu həmin ərazilərdə canlı qüvvədən və yerüstü texnikadan istifadəni məhdudlaşdırır. Yanğınlar nəticəsində ətraf mühitə, bioloji müxtəlifliyə, meşə fonduna, torpaq örtüyünə ciddi ziyan vurulur. İclasda aidiyyəti qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsinin, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin, baş verə biləcək yanğın hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna və Qarabağ işçi qrupunun fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikasında meşəçiliyin inkişafına töhfə verilməsi, Qarabağda məhv edilmiş meşələrin bərpası məqsədilə türkiyəli nümayəndələrin ölkəmizə səfəri təşkil olunmuş, qarşılıqlı fikir mübadiləsindən sonra Dostluq meşəsinin, Qarabağ Təlim Mərkəzinin və Qapalı kök sistemli tingliyin yaradılması qərara alınmışdır.

Hazırda Türkiyədən olan mütəxəssislər tərəfindən təlim mərkəzinin plan sxemi hazırlanır. Meşə əraziləri minalardan və partlamamış mərmilərdən təmizlənmədiyi üçün meşələrin invertarlaşdırma işləri uzaqdan zondlama üsulu ilə aparılacaq.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi