Əbülfəs Qarayev: "İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır"

Qarabağ
  • 05 may, 2017
  • 14:32
Əbülfəs Qarayev: İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır

Bakı. 5 may. REPORT.AZ/ "İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası dialoqun inkişafı: insanların, dünyanın təhlükəsizliyi və davamlı inkişaf üçün yeni imkanlar" mövzusundakı plenar sessiyada deyib.

Nazir bildirib ki, adətən turistlər ziyarət edəcəyi ölkəni seçərkən özlərini təhlükəsiz hiss etmədikləri yerləri seçmirlər: "Bizim 20% torpaqlarımız işğal altındadır, orada zəngin tarixi və mədəni abidələr yerləşir. Təəssüflər olsun ki, biz həmin məkanları turistlətə göstərə bilmirik."

O, turistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb.