Bakı. 12 mart. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə endirilən artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.