Video əlavə olunub
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri yenidən atəşə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 16-da düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb. Nəticədə 10-dan çox mülki evə ziyan dəyib.
Sentyabrın 27-dən oktyabrın 16-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 12 500 mərmi atılıb. Atılan top mərmiləri zamanı ümumilikdə Tərtər rayonunda 14 nəfər ölüb, 52 nəfər yaralanıb.
Ümumilikdə 116 mülki ev və 28 yardımçı tikililər tamamilə dağılıb.
Bundan başqa, 600-dən çox evə, 57 çoxmənzilli yaşayış binasına, 19 sosial obyektə, 8 istehsal obyektinə, 40 ticarət obyektinə, 18 inzibati binaya və 45 yardımçı tikililərə ziyan dəyib.
FOTO: ELÇİN MURAD