Dünya şöhrətli fotoqrafın Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub
Dünya şöhrətli fotoqrafın Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunubDünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
“Laçında Reza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə - Laçına qayıdırlar.
Həmçinin burada dünyanın müxtəlif yerlərindən olan 100 uşağın fotoşəkilləri də var. Diplomatik korpusla biz də burada ailə şəklimizi çəkdirdik”,- paylaşımda qeyd olunub.
"Home, Sweet Home"! Project by @REZAphotography in #Lachin. Photos of 100 kids whose grandparents and parents were victims of ethnic cleansing of Armenia. But in 30 years with the liberation of Lachin from Armenia's devastating occupation, they return to their Home, #Lachin. pic.twitter.com/U9pQEPf0L4