Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib 

Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib  Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilib.
Qarabağ
27 Yanvar , 2021 11:04
Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib 

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu mina­ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi