Dövlət Komissiyası: Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Dövlət Komissiyası: Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür “Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”
Qarabağ
2 Fevral , 2017 14:02
Dövlət Komissiyası: Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Bakı. 2 fevral. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə, Komissiyanın məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi