Bakı. 24 iyun. REPORT.AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə sadiq qalır".
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink keçirdiyi brifinqdə deyib.
Xanım diplomat bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. O, prezidentlərin Vyana görüşündən sonra prosesin inkişaf edəcəyinə ümidvar olduğunu da dilə gətirib.