Doğum günündə Hadrutda şəhid olan hərbçinin ildönümü qeyd olunub

Doğum günündə Hadrutda şəhid olan hərbçinin ildönümü qeyd olunub Vətən müharibəsi zamanı doğum günündə şəhid olan Seymur Məmmədlinin xatirəsi anılıb.
Qarabağ
19 Oktyabr , 2021 15:36
Doğum günündə Hadrutda şəhid olan hərbçinin ildönümü qeyd olunub

Vətən müharibəsi zamanı doğum günündə şəhid olan Seymur Məmmədlinin xatirəsi anılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Ağçay kəndindəki yaşadığı evində şəhidin doğum günü, kənd qəbiristanlığında isə il dönümü qeyd olunub.

Məlumat üçün bildirək ki, şəhid Seymur Məmmədli 19 oktyabr 1996-cı ildə Qax rayonunun Ağçay kəndində doğulub. Həmin kəndin orta məktəbini bitirəndən sonra S.Məmmədli 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbçi peşəsinə olan həvəsi onu yenidən Ordu sıralarına qaytarıb.

S.Məmmədli MAXE kimi 2020-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildən Vətən müharibəsinə qatılan Seymur Məmmədli döyüşlər zamanı düşmənin iki hərbi zirehli texnikasını məhv edərək mühasirədə qalan yaralı döyüş yoldaşlarını xilas edib. Elə bu zaman Hadrut istiqamətindən erməni snayperin gülləsinə tuş gələrək şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə, ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda",​ "Xocavəndin azad olunmasına görə" ​ və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi