Devid Merkel: “Beynəlxalq ictimaiyyət Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına kömək etməlidir”
Qarabağ
- 06 noyabr, 2021
- 08:25
“Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasında sülh əldə edilməsinə yardım etmək məsələsində uğursuzluğa düçar olub, 30 ilə yaxın dövrdə bu işin öhdəsindən gələ bilməyib”.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel deyib.
Onun fikrincə, indi beynəlxalq ictimaiyyət iki ölkə arasında münasibətlərin inkişafına, eləcə də işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına kömək etməyə çalışmalıdır.
“Həmçinin siyasi aspektlər üzərində işləmək lazımdır ki, ölkələr nəhayət, sülh razılaşmasına gəlsinlər. Bu məsələdə ABŞ mühüm rol oynayır, lakin qonşu ölkələr - Türkiyə və Rusiya da buna töhfə verə bilər”, - D.Merkel bildirib.
Son xəbərlər
19:45
HƏMAS və BQXK Qəzza şəhərində ölən son israilli girovun meyitini axtarır
Digər ölkələr19:37
Avropa liderləri Londonda jurnalistlərin suallarını cavabsız qoyublar
Dünya19:33
Foto
Şabranda sürüşmə təhlükəsi artıb, evlər dağıla bilər
Ekologiya19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Xarici siyasət19:19
Belçika millisinin sabiq futbolçusu 54 yaşında vəfat edib
Futbol19:17
Foto
Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib
Xarici siyasət19:15
Foto
Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
Xarici siyasət19:11
Dövlət başçısı: Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir
Xarici siyasət19:03