Bakı. 22 may.
“Report”un xəbərinə görə, D.MakAlister Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib ki, həmin deputatlar Dağlıq Qarabağ ərazisinə öz təşəbbüsləri ilə səfər ediblər: “Yəni, səfər Avropa Parlamentinin adından olmayıb. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan o parlamentarilərin şəxsi səfərlərinə qarşa bilmərik”.