Deputat: "Prezident İlham Əliyev bütün dünyaya mühüm mesajlar verdi"

Deputat: "Prezident İlham Əliyev bütün dünyaya mühüm mesajlar verdi" Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra mərkəzin fəaliyyətində yeni dövrü başlayıb
Qarabağ
21 May , 2021 16:35
Deputat: Prezident İlham Əliyev bütün dünyaya mühüm mesajlar verdi
İlham Əliyev

"Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi video konfransda bir sıra mühüm məsajlar verdi .Əslində bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi. Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mill-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun fikrincə, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra mərkəzin fəaliyyətində yeni dövrü başlayıb: "Qürurverici haldır ki, bu gün artıq biz Nizami Gəncəvi Beynəlxalq Mərkzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin bərpa olunmasından, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivləri və inteqrasiyadan danışırıq. Bu kontekstdə Azərbaycan Prezidentinin mərkəz vasitəsilə dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruruliyi. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perspektivlər açmağa hesablanan addım kimi qəbul edilməlidir".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Deputat qeyd edib ki, həmin məqsədlərə çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə yetirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar: "Bu isə siyasi proseslərin emosional tərəfidir. Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün salınmış azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vantalizminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin sıradan çıxarıldığının şahidi olurlar və bu onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir. Üstəlik, hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu, əslində elə yeni hərbi cinayətlər törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan bu konfrans vasitəsilə yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini bir daha qlobal münasibətlər sisteminin mühüm aktorların diqqətinə təddim etdi. Bu həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər".

Son xəbərlər

Orphus sistemi