Deputat: “Ermənilərin bir çoxu hələ də Njdenin ideyalarını bölüşür”

Deputat: “Ermənilərin bir çoxu hələ də Njdenin ideyalarını bölüşür” A.Juravlyov İrəvandakı abidənin də söküləcəyinə ümidvar olduğunu bildirib
Qarabağ
13 Fevral , 2021 12:23
Deputat: “Ermənilərin bir çoxu hələ də Njdenin ideyalarını bölüşür”
Aleksey Juravlyov

“Düşünürəm ki, ermənilərin bir çoxu bu gün də Qaregin Njdenin ideylarını bölüşürlər. Təəssüf ki, bu adama İrəvanda da abidə ucaldılıb və heç kim onu ​​sökməyi planlaşdırmır. Njde Hitlerin əlaltısı kimi tanınır. Ona təzim etməyə hazır olan insanları başa düşmürəm. Mənim üçün bu, olduqca qəribə haldır”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Vətən Partiyasının və Rus İcmaları Konqresinin sədri Aleksey Juravlyov deyib.

Daha əvvəl KİV-də nasistlərlə əlbir olmuş Njdeyə Qarabağda qoyulmuş abidənin söküldüyü ilə bağlı məlumat yayılıb.

Deputat tərkibinə Hitlerçi Almaniya nasizmi də daxil olan Qərb mədəniyyətinin Ermənistan hakimiyyəti üçün çox vacib olduğunu qeyd edib: “İndi bəzi ölkələrdə, o cümlədən Ermənistanda Qərb mədəniyyət modelinə uyğun gələn ənənələr var. Bu dövlətlərdə nasizm ideyası çox daha vacib və daha məqbuldur. Onlar hər yolla hər şeyin Qərbi Avropa üçün xoş olmasına çalışırlar. Onlar üçün faşist Almaniyasının Sovet İttifaqı ərazisinə gəlməsində əməyi olan insanlar qəhrəmandır. Bu, bu gün Ermənistanı idarə edən bəzi elitlərin bir hissəsidir”.

A.Juravlyov İrəvandakı abidənin də söküləcəyinə ümidvar olduğunu bildirib.

“Böyük Vətən Müharibəsindən keçən insanlar, onların nəvələri və oğulları üçün bu, təhqirdir. Bunu məhz belə qəbul edirik”, - deputat fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi