Daxili Qoşunların şəhid hərbçisinin xatirəsinə abidə bulaq - kompleksi açılıb

Daxili Qoşunların şəhid hərbçisinin xatirəsinə abidə bulaq - kompleksi açılıb Biləsuvar rayonunun Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun xatirəsinə abidə bulaq - kompleksinin açılış mərasimi keçirilib. "Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, şəhidin hərbçi yoldaşları, məktəbli
Qarabağ
142
3 May , 2022 14:21
Daxili Qoşunların şəhid hərbçisinin xatirəsinə abidə bulaq - kompleksi açılıb

Biləsuvar rayonunun Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun xatirəsinə abidə bulaq - kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, şəhidin hərbçi yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə şəhidin döyüş yolundan söhbət açılıb. Məktəblilər şəhidlərimizin ölməz qəhrəmanlığına həsr olunan şeirlər səsləndirib.

R.Qurbanovun ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ruslan Üzeyir oğlu Qurbanov 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd кəndində anadan olub.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Ruslan Qurbanov Vətən müharibəsi zamanı oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

O, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi