Daşkəsəndə Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

Daşkəsəndə Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib Vətən müharibəsi zamanı Şəhid olan Orxan Şıxıyevin 32 yaşı məzarı başında qeyd olunub.
Qarabağ
29 Sentyabr , 2021 14:58
Daşkəsəndə Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

Vətən müharibəsi zamanı şəhid olan Orxan Şıxıyevin 32 yaşı məzarı başında qeyd olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə şəhidin yaxınları, döyüşçü yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, şəhidin məzarı üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, 1989-cu il sentyabrın 29-da Daşkəsən rayon Dəstəfur kəndində anadan olan Orxan Şıxıyev ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 2-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Dövlət başçısının sərəncamı ilə döyüş zamanı göstərdiyi şücaətlərinə görə medallarla təltif olunub.

Son xəbərlər

Orphus sistemi