Daşaltı: qisas qiyamətə qalmadı - FOTOREPORTAJ

Daşaltı: qisas qiyamətə qalmadı - FOTOREPORTAJ Bu gün Azərbaycan Ordusunun Daşaltı əməliyyatından 31 il ötür.
Qarabağ
26 Yanvar , 2023 15:45
Daşaltı: qisas qiyamətə qalmadı - FOTOREPORTAJ

Bu gün Azərbaycan Ordusunun Daşaltı əməliyyatından 31 il ötür.

"Report"un Şuşaya ezam olunan əməkdaşları yanvarın 26-da Daşaltı kəndində olublar.

Qeyd edək ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Amma qırx dörd günlük Vətən müharibəsi dövründə bu əməliyyatda şəhid olan azərbaycanlıların qanı yerdə qalmayıb.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.

"Report" Daşaltı kəndindən fotoreportajı təqdim edir:

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi