Bu gün Azərbaycan Ordusunun Daşaltı əməliyyatından 31 il ötür.
"Report"un Şuşaya ezam olunan əməkdaşları yanvarın 26-da Daşaltı kəndində olublar.
Qeyd edək ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Amma qırx dörd günlük Vətən müharibəsi dövründə bu əməliyyatda şəhid olan azərbaycanlıların qanı yerdə qalmayıb.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.
"Report" Daşaltı kəndindən fotoreportajı təqdim edir:
Foto: Firudin Səlimov