Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildi

Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildi Daşkəsən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub
Qarabağ
219
26 Aprel , 2021 12:24
Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildi

Daşkəsən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, RİH-in başçısının müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi, dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı Fəxri Akif oğlu Həsənov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının digər əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi