“Azərbaycan Respublikası
"Report"un xəbərinə görə, tədbiri giriş sözü ilə açan Birlik rəhbəri Tural Gəncəliyev İcmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verib.
O, Qarabağdan olan gənclərin ictimai-siyasi fəallığının artırılması, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində aktiv mübarizə aparmağın yolları haqqında çıxış edib.
T.Gəncəliyev azərbaycanlı gəncləri sosial media sahəsində aktiv olmağa çağırıb.
Tədbirdə çıxış edən Gənclər Fondunun icracı drektoru Fərid Cəfərov isə Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, qrant müsabiqələri haqqında məlumat verib. O, Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət edib. F.Cəfərov dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən birinin təhsillə bağlı olduğunu qeyd edib.
Azərbaycan əhalisinin 1/3 hissəsinin 14-24 yaşlı gənclərin təşkil etdiyini bildirən F.Cəfərov bunun cəmiyyətdə böyük bir auditoriya olduğunu vurğulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı aktiv olmağa çağırıb.