Nazirlik: İşğalçılar Azərbaycanın yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub

Nazirlik: İşğalçılar Azərbaycanın yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub “Vaxtilə Dağlıq Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı kəşf edilib. Bu ehtiyatların hamısı rəsmi balansa salınmışdı. Onlardan 141-i bərk filiz və qeyri-filiz yataqları, 26-sı yeraltı şirin su və termal yataqları, 16-sı isə yeraltı içməli s
Qarabağ
29 Yanvar , 2021 15:49
Nazirlik: İşğalçılar Azərbaycanın yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub

“Vaxtilə Dağlıq Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı kəşf edilib. Bu ehtiyatların hamısı rəsmi balansa salınmışdı. Onlardan 141-i bərk filiz və qeyri-filiz yataqları, 26-sı yeraltı şirin su və termal yataqları, 16-sı isə yeraltı içməli su yataqlarıdır”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, işğalçılar yeraltı mineral xammal ehtiyatlara ciddi ziyan vurub: “Regionda 4 iri yataq (ikisi Kəlbəcərdə) ciddi şəkildə istismar edilib və ətrafa böyük ekoloji ziyan vurulub. Bu işdə erməni işğalçılarına xarici şirkətlər və investorlar yaxından kömək ediblər. Hazırda regionda mütəxəssislər hər bir yatağın ayrı-ayrılıqda monitorinq və diaqnostikasının həyata keçirilməsi istiqamətində ilkin işlərə başlayıblar. Kəlbəcər, Füzuli və Şuşada bir sıra ərazilərdə monitorinq keçirmişik. Proses davam edir və nəticədə son dəqiq məlumatlar əsasında ehtiyatların qalığı müəyyənləşdiriləcək və yeni perspektivlər proqnozlaşdırılacaq”.

Son xəbərlər

Orphus sistemi