ATƏT-in fəaliyyətdə olan sədri və Rusiyanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in fəaliyyətdə olan sədri və Rusiyanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Bakı. 19 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvada keçirilən görüşdə müzakirə mövzusu olub.
Qarabağ
7526
19 Fevral , 2019 14:08
ATƏT-in fəaliyyətdə olan sədri və Rusiyanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 19 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvada keçirilən görüşdə müzakirə mövzusu olub".

“Report” xəbər verir ki, bu barədə danışıqların yekununa həsr olunan mətbuat konfransında S.Lavrov bildirib.

O, görüş zamanı ATƏT-in 2019-cu il üçün öncül vəzifələrinin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunların arasında Ukraynanın cənub-şərqindəki vəziyyətə dair təmas qrupunun fəaliyyəti, Dağlıq Qarabağ və Trans-Nistru münaqişələri, habelə beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsi kimi bütün üzv ölkələri narahat edən təhdidlər sadalanır.

Son xəbərlər

Orphus sistemi