Cozef Bayden Ermənistan və Azərbaycana çağırış edib
Qarabağ
- 04 avqust, 2021
- 23:30
"Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.
“Report” xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində qələbə qazanması və yeni hökumət formalaşması ilə bağlı məktubunda qeyd edib.
ABŞ rəhbəri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb.
“Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq", - ABŞ prezidenti vurğulayıb.
Cozef Bayden danışıqlar prosesində Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişin gələcəkdə regional əməkdaşlıq üçün əsas olacağına ümid etdiyini bildirib.
Son xəbərlər
03:14
DÇ-2026: İngiltərə Norveçlə matçda hesabda irəli çıxıb - YENİLƏNİR-7
Futbol03:09
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
Digər ölkələr02:38
Norveç azarkeşləri İngiltərə ilə oyundan əvvəl Bukinhem Sarayı qarşısında aksiya keçiriblər
Futbol02:12
Foto
Belqradda Srebrenitsa soyqırımının qurbanları anılıb
Digər ölkələr01:48
Aİ Çindən asılılığı azaltmaq istəyən şirkətlər üçün dəstək mexanizmi hazırlayır
Digər ölkələr01:14
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
Fərdi00:37
Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər
Digər ölkələr00:08
Azərbaycan güləşçisi Hacı Kərimov Avropa çempionu olub
Fərdi00:00