Ceyran Qurbanova: Qarabağ səfərinin iki günü ərzində buradakı gözəlliklərə heyran oldum

Ceyran Qurbanova: Qarabağ səfərinin iki günü ərzində buradakı gözəlliklərə heyran oldum Qarabağa iki gün ərzində səfərim zamanı buradakı gözəlliklərə heyran oldum.
Qarabağ
20 Oktyabr , 2024 17:51
Ceyran Qurbanova: Qarabağ səfərinin iki günü ərzində buradakı gözəlliklərə heyran oldum

Qarabağa iki günlük səfərim zamanı buradakı gözəlliklərə heyran oldum.

“Report”un Ağdama ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Gürcüstandan olan səyyah Ceyran Qurbanova bildirib.

O qeyd edib ki, Gürcüstanda uşaqların milli Azərbaycan rəqsləri ifa etdiyi ansamblda müəllim işləyir və bütövlükdə ölkənin, xüsusən də Qarabağın tarixini bilir. "Çox istərdim ki, şagirdlərimi Qarabağa gətirsinlər ki, onlar özləri bu yerin gözəlliyini görə bilsinlər", - o bildirib.

Ağdamdan danışan C.Qurbanova Ermənistan qoşunlarının şəhərə və tarixi abidələrə qarşı əsassız vəhşiliyini qeyd edib.

"Ağdam məscidində törətdikləri dəhşətli idi. Azərbaycan xalqı öz abidələrini ələ salmağa imkan vermir, sülh istəyir", - səyyah fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi